Milli Məclisin deputatı Fəzail Ağamalı parlamentin bu gün keçirilən plenar iclasında pensiyada olan deputatların pensiyasının artırılmasını təklif edib.

"Report"un xəbərinə görə, o deyib ki, sabiq deputatlar ona müraciət ünvanlayıblar.

“Sabiq deputatlar mənə müraciət ediblər ki, Milli Məclisdə pensiya məsələsinə baxılsın. Onlar pensiyanın məbləğindən narazılıq edirlər”, deyə o vurğulayıb. 

Deputat dövlət qurumlarına müraciət edərək bu məsələyə baxılmasını xahiş edib.