“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində Müqavilə” layihəsi üzərində iş gedir. İlin sonunacan müzakirələrin yekunlaşması və imzalanmanın həyata keçirilməsi planlaşdırılır”.

Bunu “Report”a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimovun sözlərinə görə, 2020-ci ildə artıq yeni müqavilə qüvvəyə minə bilər:

“Burada Rusiya tərəfi ilə çox geniş müzakirələr apardıq. Hətta Xarici İşlər Nazirliyi də bu danışıqlara qoşuldu. Aprel ayında intensiv danışıqlar getdi. Amma ilin axırına kimi danışıqları yekunlaşdırmağı planlaşdırırıq”.

O bildirib ki, layihənin məqsədi Rusiyada əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının gələcəkdə pensiya və sosial sığortalanma üzrə hüquqlarının təmin olunması üçün hüquqi əsasların yaradılmasıdır.