Prezident İlham Əliyev E.S.Babayevin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat.az  xəbər verir ki, sənəddə bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elçin Səfəralı oğlu Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilsin".