Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib.

İqtisadiyyat.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.