“NIKOIL Bank” ASC-nin Audit Komitəsinin rəhbərliyi dəyişməklə yanaşı, digər bankdan transfer olan üzvlər də seçilib.

Banka yaxın mənbədən əldə edilən məlumata əsasən, bundan sonra Audit Komitəsinə Gürcü soyadlı Yenukidze Nikoloz sədirlik edəcək. Bu günə qədər isə bu vəzifəni Allahverdiyev Hikmət tuturdu və o, bu vəzifəsindən azad olunub.

Digər təyinatlar isə Vəfa Mamedova Əvəz qızı və Yusif Abdullayev Təyyar oğlu  NIKOIL Bank-ın Audit Komitəsinin üzvü kimi seçilmişlər. Bununla da üzvlərin sayı 4-ə çatıb.

Vəfa Məmmədova “Bank Respublika” ASC-nin Daxili Audit Departamentində 4 ildir ki, direktor vəzifəsində çalışırdı.