Milli Məclisin iyunun 27-də və 28-də keçiriləcək növbədənkənar plenar iclaslarının gündəliyi müəyyənləşib.

İqtisadiyyat.Az-ın apa-ya istinadən verdiyi xəbərə görə, gündəliyə 48 məsələ daxildir. Bunlar “2018-ci il Dövlət büdcəsinin icrası haqqında”, “2019-cu il Dövlət büdcəsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət satınalmaları haqqında”, “Əmək pensiyaları haqqında”, “İşsizlikdən Sığorta Fondunun 2019-cu il büdcəsi haqqında”, “Aqrar sığorta haqqında” qanun, həmçinin Vergi, Əmək, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri və s.-dir.