Deputat hakim və prokurorların maaşlaırnın artırılmasını təklif edib.

İqtisadiyyat.Az  xəbər verir ki, belə bir təkliflə millət vəkili Vahid Əhmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlı komitəsinin bu gün keçirilən iclasında deyib.

 Onun sözlərinə görə,  bu gün məhkəmə-hüquq sistemində  həyata keçirilən islahatların daha da effektivliiyni təmin etmək üçün bu sahədə çalışan insanların maaşlarının artırılmasına ehtiyac var.

“Mənim bu sahədə çalışan insanlarla söhbətim olub. Düzdür,  bu sahədə çalışan insanların maaşlarının artırılması istiqamətində hansısa addımların atılacağı gözlənilir. Amma bu sahədə daha effektli nəticə əldə etmək üçün məhkəmə və prokurorluq orqanlaırnda çalışanların maaşlarının artırılmasına ehtiyac var. Məsələn, Dövlət Sosial Müdafiə Fondundan Dövlər büdcəsinə verilən 150 milyon manatın Daxili İşlər orqanlarına çalışanların əməkhaqqılarının artırılmasına yönəldilib və belə bir qərar bu sahə üzrə də olsa, daha yaxşı olar”, - deputat qeyd edib.