“Bildiyiniz kimi, pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i deməkdir. Yerdə qalan 40%-i isə yaddan çıxmayıb”.

İqtisadiyyat.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib.

Nazir bildirib ki, 2020-ci ilin yanvarından pensiya artacaq:

“Orta aylıq əməkhaqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq”.