Füzuli şəhərinə köçürülən sakinlərin qarşılanma mərasimi olub.

İqtisadiyyat.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib.

Yurda qayıdan 30 ailəyə (106 nəfər) mənzillərin açarları təqdim edilib.

Bununla 440 ailənin (1625 nəfər) yeni salınan Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.

***

12.18

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobupark-3”dən yola salınan növbəti köç karvanı Füzuliyə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu gün daha 30 ailə (106 nəfər) yurda dönüb.

Bununla da bugünkü köç də nəzərə alınmaqla Füzuli şəhərinə cəmi 440 ailə (1625 nəfər) köçürülüb.

***

07.30

Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 22-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 106 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.

Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 440 ailə, 1625 nəfərin daimi məskunlaşması təmin edilib.