Bu gün "Formula-1" üzrə 2023-cü il Azərbaycan Qran-prisi üçün bilet satışına start verilib.

İqtisadiyyat.az xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) “early bird” erkən bilet satışına başlayıb.

Qeyd edək ki, yeddinci dəfə Bakıda təşkil olunacaq Qran-pri gələn il aprelin 28-30-da keçiriləcək. Yarış çərçivəsində ilk dəfə sprint yarışı da baş tutacaq.