Milli Məclisin 51 saylı Qusar seçki dairəsindən deputatı Azər Badamovun APA-ya müsahibəsi.
- Əvvəlcə deputat fəaliyyətiniz haqqında danışaq. Necə düşünürsünüz, seçiciləriniz bir deputat kimi Sizdən razıdırmı?
- Əvvəla onu qeyd edim ki, bu sualı seçicilərimə ünvanlasaydınız, daha doğru cavab alardınız. 2010-cu ildə namizədliyimi irəli sürən Yeni Azərbaycan Partiyası (YAP) və seçicilərimin yüksək dəstəyi ilə Milli Məclisə üzv seçilmişəm. Əgər seçicilərim fəaliyyətimdən razı olmasaydı, ikinci dəfə seçilməyim üçün mənə səs verməzdilər. Milli Məclisə seçilməyimdən əvvəl də sadə insanların arasında olmuşam. Çalışdığım sahə xidmət sahəsi olduğundan hər bir seçicim məni yaxından tanıyır. İnsanlara xidmət etməyə öyrəşdiyimdən deputat seçiləndən sonra da insanların xidmətində dayanmaqdan zövq alıram. Seçildiyim ilk gündən çalışmışam ki, seçicilərimə yaxın olum və ölkənin siyasi-ictimai həyatında yaxından iştirak edim.
- Seçicilərinizin sosial, iqtisadi və digər sahələrdə qarşılaşdıqları problemlərin həlli üçün dövlət qurumlarına müraciətlərinizə necə reaksiya verilir?
- Deputat olduğum 9 ilə yaxın bir müddətdə seçicilərimin problemləri ilə bağlı müxtəlif dövlət qurumlarına yüzlərlə müraciətim olub. Demək olar ki, hökumət üzvlərinə və dövlət qurumların rəhbərlərinə etdiyim zənglərdən cavabsız qalanı olmayıb. Rəsmi müraciətlər də prosedur qaydalarına uyğun cavablandırılıb və vaxtında reaksiya verilib. Elə müraciətlərim olub ki, qısa zamanda öz həllini tapıb. Elə müraciətlər də olub ki, dövlət sosial-iqtisadi inkişaf proqramına salınıb və müəyyən müddətdən sonra həll olunub.
- Təmsil etdiyiniz rayonda daha çox hansı sahələrdə problemlər nəzərə çarpır? Bu problemlərin həlli üçün hansı təklifləriniz var? Bu istiqamətdə hansı addımları atırsınız?
- Problemsiz həyat yoxdur. Cəmiyyət inkişaf etdikcə, həllini gözləyən yeni məsələlər ortaya çıxır və bununla bağlı seçicilər müraciət edirlər. Məsələn, əvvəllər insanlar yollara çınqıl döşənməsini və hamarlanmasını istəyirdilərsə, indi asfalt yollar istəyirlər. Son 9 il ərzində Qusar rayonunda bir çox məsələ həll olunub. Təbii ki, bütün məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qusara olan xüsusi diqqəti və qayğısı sayəsində öz həllini tapıb. Əsas yollar asfaltlanıb, təhsil müəssisələrinin əksər hissəsi yenidən qurulub, mərkəzi xəstəxana yenidən tikilib, rayonun qazlaşması aparılır, şəhərin içməli su və kanalizasiya problemi öz həllini tapıb. Amma bununla yanaşı, müəyyən məsələlər də qalmaqdadır. Məsələn, Quxuroba kənd tam orta məktəbinin yenidən qurulması ilə bağlı Təhsil nazirinə müraciət etmişəm, yolların yenidən qurulması və kəndlərin qazlaşdırılmasının sürətləndirilməsi ilə də bağlı müraciətlərim olub. Qusar aqrar rayon olduğundan rayonda emal müəssisələrinin tikintisinə böyük ehtiyac var və bu məsələni hökumətin hesabat iclaslarında diqqətlərinə çatdırmışam. Elektrik paylayıcı şəbəkəsinin yenidən qurulması ilə bağlı müraciətlərim də var. Ümumiyyətlə, inkişaf özü ilə yanaşı, yeni problemlər də meydana gətirir. Əsas məsələ həmin problemlərin aradan qaldırılmasıdır ki, bu da mərhələli şəkildə həll olunur.
- Parlamentin iclaslarında o qədər də aktiv deyilsiniz, nadir hallarda çıxış edirsiniz. Sizin aktiv deputat olmadığınız barədə fikirlərlə razısınızmı? Parlamentin iclaslarında niyə az-az çıxış edirsiniz?
- Deputat fəaliyyətimi kiminsə məni aktiv və ya passiv deməyinə görə qurmamışam. Ola bilər ki, kimsə fəaliyyətimlə yaxından tanış deyil, buna görə də aktiv olduğumu görmür. Bunu təbii hal hesab edirəm. Parlament iclaslarında çıxışlarımla əlaqədar qeyd etmək istəyirəm ki, demək olar, Gənclər və İdman Komitəsinin bütün iclaslarında müzakirə olunan məsələlərə münasibətimi bildirirəm. Plenar iclaslarda mütəmadi olaraq müvafiq məsələlərlə bağlı çıxışlar edirəm və təkliflərimi səsləndirirəm. Televiziya kanallarında həftədə iki və ya üç dəfə sosial-iqtisadi məsələlərlə bağlı canlı yayımda oluram. Hər gün mətbuatda müsahiblərim dərc olunur. Mütəmadi olaraq da seçicilərimi qəbul edirəm, görüşlər keçirirəm. Yəni, demək istədiyim odur ki, deputatın görməli olduğu işləri edirəm. Mənim fəaliyyətimə seçicilərimin və təmsil olunduğum siyasi partiyanın verdiyi dəyəri özüm üçün əsas hesab edirəm.
- Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların birgə, mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır. Bununla belə, müxtəlif hesabatlarda etnik azlıqların, dini icmaların müəyyən problemlə üzləşdiyinə dair fikirlər əksini tapır. Belə fikirləri necə qarşılayırsınız?
- Özünüz də qeyd etdiyiniz kimi Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların birgə, mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır. Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, Humanitar Forumlar keçirilir. Bu forumlarda ölkəmizdəki tolerant və multikultural mühit barəsində məlumatlar iştirakçıların diqqətinə çatdırılır və dünyada bu mövzuda problemlərin aradan qaldırılması ilə bağlı fikirlər müzakirə olunur. Azərbaycan dünyanı multikulturalizmə dəvət edən nadir ölkələrdəndir. Eyni zamanda ölkədəki daxili mühitdən burda yaşayan bütün milli azlıqların və dini konfessiyaların nümayəndələri razıdırlar. Azərbaycan həm də müstəqil ölkə olaraq, qısa bir zamanda böyük inkişaf yolu keçib. Ölkədə siyasi sabitlik təmin olunub. Bəzi gözü götürməyən xarici dairələr istəyirlər ki, müxtəlif yollarla siyasi sabitliyi pozsunlar, iqtisadiyyatımızı dağıtsınlar və ölkəmizi müharibə ocağına çevirsinlər. Onlar öz istəklərini müxtəlif yollarla həyata keçirmək istəyirlər. Onlar radikal müxalifəti maliyyələşdirərək qızışdırmaqla, sosial şəbəkələrdə dövlətin əleyhinə təhqir dolu yayımlar etməklə, yaydıqları hesabatlarda etnik azlıqların və dini icmaların müəyyən problemlərlə üzləşməsini qeyd etməklə, buna nail olmaq istəyirlər. Amma bu gün hər bir Azərbaycan vətəndaşı belə hərəkətlərə qarşıdır. Həm də belə ünsürlərin arxasınca öz qohum-əqrəbalarından başqa gedən də yoxdur. Dövlətin siyasəti vətəndaşın rifahının yaxşılaşmasına yönəlib. Mütəmadi olaraq əmək haqları, pensiyalar artırılır, vətəndaşlarımızın sosial vəziyyəti günü-gündən yaxşılaşır. Hamı da Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin güclənməsini və inkişafını istəyir. Ölkəmizin inkişafını istəməyənlərin arzuları isə gözündə qalacaq.
Xəbər lenti
Lavrov: "Rusiya Ukrayna istiqamətində öz maraqlarını müdafiə edəcək"
18 May,17:32
Qarabağ Universitetinin bukleti hazırlanıb
18 May,17:08
Qırğızıstanla Çinin ticarət dövriyyəsi 30% artıb
18 May,17:03
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May,16:45
“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB
18 May,16:33
Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
18 May,16:30
Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB
18 May,16:22
Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub - YENİLƏNİB
18 May,16:19
Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB
18 May,16:16
İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub
18 May,16:12
Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub
18 May,16:11
Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
18 May,16:07
Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu
18 May,15:57
Türkiyənin İranla sərhədində hərbi maşın aşıb, 6-sı ağır olmaqla 11 nəfər yaralanıb
18 May,15:49
ABŞ universitetlərinə qəbul hüququ qazanan məktəblidən daha bir uğur - FOTO
18 May,15:36
Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub
18 May,15:35
Ölkə ərazisində faktiki hava açıqlanıb
18 May,15:19
Ronaldo Səudiyyə Ərəbistanı çempionatında yeni rekorda imza atıb
18 May,15:07
Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq - FOTO
18 May,14:53
İsmayıllıda təməli qoyulan “Coca-Cola”nın ikinci zavodu gələn il işə salınacaq
18 May,14:37
Nohur gölündə suyun səviyyəsinin endirilməsi istiqamətində tədbirlər davam etdirilir
18 May,14:28
Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO
18 May,14:16
Qara dənizdə Tanzaniyaya məxsus gəmi batıb
18 May,14:10
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
18 May,14:06
Mikayıl Cabbarov: “Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək”
18 May,13:59
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
18 May,13:55
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
18 May,13:50
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 May,13:43
Türkiyəli nazir Zəngəzur dəhlizinin işə düşəcəyi tarixi açıqlayıb
18 May,13:39
Ermənistan və Niderlandın XİN başçıları Bakı ilə İrəvan arasında sülh sazişini müzakirə ediblər
18 May,13:11
Avrora Qrup "Açıq qapı" elan edir
18 May,13:01
Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb
18 May,12:37
Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
18 May,12:35
Azərbaycan PL-də 35-ci turun əcnəbi VAR hakimləri açıqlandı
18 May,12:28
Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular
18 May,12:16
MN: Bu günə kimi 37 min ha-dan çox ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib
18 May,12:11
Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
18 May,11:45
Son bir həftədə azad edilən ərazilərdə 1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat aşkarlanıb
18 May,11:43
Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilir
18 May,11:29
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
18 May,11:27
Çox oxunanlar
Azərbaycanda məşhur müğənni 400 min manata məscid tikdirdi - VİDEO
İyunun 1-dən taksilərdə minimal gedişhaqqı 4,5 manat olacaq
"Rabitəbank"ın “yaşıl” istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb - YENİLƏNİB 2
“Trendyol” Azərbaycanda qiymətləri artırıb? - RƏSMİ AÇIQLAMA
"Yelo Bank"ın rəhbərinə ağır itki üz verdi
Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq
Vəsiyyəti reallaşan şəhidimizin abidəsi ucaldıldı - FOTO
Aynur Sabitova vəzifəsindən azad edildi
Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - YENİLƏNİB-2
Xırdalanda küçə itləri problemi: böyüklər işə, uşaqlar məktəbə qorxaraq gedir - FOTO - RƏSMİ AÇIQLAMA
Azərbaycanda 9 şirkət tenderlərdə iştirakdan çıxarıldı - SƏBƏB
Bakının məşhur hotelində 12 milyon manata mənzil satılır
Bakıda bu körpü sökülür: gələn həftədən nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
"Bank VTB" işdən çıxarılan sabiq əməkdaşının maaşını niyə vermir?
“Hökumət evi”ndə 1 milyon manatlıq təmir işləri aparılacaq
Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı
Üzərində reklam olan avtomobillərin sayı arta bilər - AÇIQLAMA
Nazir idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
Bu ölkələr heç vaxt "Avroviziya"da qalib olmayıb - SİYAHI
Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin baş planının hazırlanmasına başlanılıb
İsveçrə vitse-kansleri dağda gəzinti zamanı həlak olub
Lənkəranda meyiti tapılan tələbə ilə bağlı təfərrüatlar - YENİLƏNİB - FOTO
“Azercell Telekom” bəzi tarifləri artırdı, bəzi paketləri isə ləğv etdi
BDU-da “Məzun Günü”nə xarici müğənni də gətiriləcək - MƏBLƏĞ
Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - YENİLƏNİB
İşdən çıxarılan əməkdaşı "Bank of Baku"nu məhkəməyə verib
Aynur Sabitova: "Yeni vəzifəyə təyinat almamışam"
Dövlət Məşğulluq Agentliyi 67 milyon manatlıq mal-qara alır - SİYAHI
Peşə Təhsil Mərkəzi İsveçrə universiteti ilə əməkdaşlığa başlayır - FOTO
“Azəreletrikşəbəkətikinti” növbəti dəfə zərər edib
Azərbaycanda bu kənddəki tarixi evlər bərpa olunacaq
Hazırda dünya ölkələrində benzin neçəyədir? - ARAŞDIRMA
İlham Əliyev: "Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir"
Yay mövsümü yaxınlaşır: turpaketlərin qiyməti neçəyədir?
Bu məktəbin direktoru vəzifəsindən azad edildi
Azərbaycanda bu psixologiya mərkəzi müflis oldu
DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - YENİLƏNİB
"Trendyol" çatdırılma xidmətlərini niyə bahalaşdırdı? - EKSPERT ŞƏRHİ
Azərbaycan dili fənni üzrə imtahan verib - YENİLƏNİB