"Biz bəşəriyyət olaraq həqiqətən ağrılı, əziyyətli və daimi böhran dövründən keçirik. Yalnız xarici siyasətdə deyil; istehsal, rabitə, idarəetmə, incəsənət, ticarət və texnologiya kimi bir çox sahədə işlər çətinləşir. Qoy bu dəyişiklik bəşəriyyətin aktual problemlərinə həll yolları gətirsin; aclığa, yoxsulluğa çarə olsun. Təəssüf ki, bu məsələ ilə bağlı optimist danışa bilmərik".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də Antalya Diplomatiya Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Ölkələr arasında gəlir bərabərsizliyi eksponent olaraq artır. Müharibələr əvvəlkindən qat-qat qanlı və dağıdıcıdır. Təəssüf ki, müstəmləkəçilik yeni üsullarla davam etdirilir. Qarşılaşdığımız reallıq budur ki, 21-ci əsr gözlənilənlərin əksinə olaraq, tədricən “böhranlar əsri”nə çevrilir.

Həmrəylik, ədalət, etimad kimi təməl anlayışlardan məhrum olan hazırkı beynəlxalq sistem minimum məsuliyyətini belə yerinə yetirə bilmir", - deyə o qeyd edib.

 

Gözəl Həşimova