Azərbaycanda əhali bu ilin may ayında kafe və restoranlara 174 milyon manat vəsait xərcləyib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əlavə edək ki, bu ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,9% artaraq 743,3 milyon manat  olub.