Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yevlaxın Qaraməmmədli kəndində çətin durumda olan 7 nəfərlik ailəyə dəstək olub. Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Fazil Talıbov bu məlumatı öz feysbuk profilində paylaşıb. İqtisadiyyat.az həmin paylaşımı təqdim edir.

“Bəzi KİV-də Yevlax rayonu, Qaraməmmədli kəndində 7 nəfərdən ibarət Məhərrəmovlar ailəsinin çətin vəziyyətdə yaşadığı barədə məlumatlar yayılıb.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ailənin yaşadığı ünvanda olublar.

Ailə başçısı Xanlar Məhərrəmov əmək pensiyaçısıdır. Oğlu Qabil Məhərrəmovun əmək qabiliyyətli olduğu, lakin işləmədiyi nəzərə alınmaqla onun məşğulluğunun təmin olunması istiqamətində addımlar atılıb. Vətəndaş “İşsizin DOSTu” Proqramına cəlb edilərək yaxın günlərdə əmək müqaviləsi əsasında işə başlayacaq. Bundan sonra ailənin ünvanlı sosial yardım alması üçün müraciət etməsinə texniki köməklik göstəriləcək”.