Direktorların işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayı açıqlanıb. 

Təhsil Nazirliyindən İqtisadiyyat.Az-a verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsabiqəyə 472 vakant yer çıxarılıb. 

Qeyd edək ki, avqustun 2-də dövlət ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi keçiriləcək. İmtahanlar Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 2000-dən çox namizədin iştirakı nəzərdə tutulub.