Ağstafa rayonunda istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və normadan artıq qaz itkilərinin qarşısının alınması məqsədilə təmir işlərinə başlanılıb.

İqtisadiyyat.Az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, buna görə də saat 10:00-dan təmir işləri başa çatanadək Ağstafa rayonunda bir qrup abonentin qaz təchizatı dayandırılıb. Samux rayonunda da orta təzyiqli yeraltı qaz xəttinin yenidənqurulması məqsədilə bir qrup abonentin qaz təchizatı saat 11:00-dan dayandırılacaq.