İqtisadiyyat.az bankların təşkil etdiyi kampaniyaları araşdıraraq, təklif olunan endirim və güzəştləri oxucularına təqdim edir.

1. “AGBank” bu münasibətlə 10 min manatlıq dövriyyə limitinə malik olan “AGClub Gift kart”-ı təqdim edir. “Gift kart” hədiyyə kartı olduğu üçün hər kəsə maneəsiz ötürülə bilər. Kart vasitəsilə dünyanın hər yerində ödəniş etmək mümkündür.

2. “AccessBank” martın 8-ə qədər illik 20%-dən başlayan 20 min manat nağd pul krediti təklifi edib.

3. “Azərbaycan Beynəlxalq Bank”-ı özəl olaraq, Visa Gold, MasterCard Gold və Union Pay Gold kartlarını xanımlara 8 manata təklif edib. Əlavə olaraq kampaniya dövründə sifariş edilən bu kartlara 88azn/usd məbləğ daxil edən qadın müştərilərə AMEX Green kartı 1 illik müddətə hədiyyə olunacaq.

4. “Kapital Bank” isə 10 mart tarixinə qədər kredit götürən xanımlardan komissiya haqqı tələb etməyəcək.

5. "David Ostin" və "Narciss" gül mağazaları “Paşa Bank” Mastercard ilə alış-veriş zamanı 15% endirim təklif edir.

6. “Unibank”-dan martın 10-dək ALBALI PLUS kartı ilə edilən 3 və 6 ay hissəli alış-verişlərə əlavə +2 faizsiz ay HƏDİYYƏ qazanmaq şansı əldə etmək olar.

7. “Sakura Flowers Museum” mağazasında “Bank VTB”-nin kartları ilə alış-veriş edərək və ya sadəcə satıcıya bankın kartını göstərərək 15% endirim eldə edə bilərsiniz

8. “Ekspress Bank”-ın plastik kartları ilə martın 8-ə qədər Geox, Salamander, Megasun Solariy, Coffeaphora, Lady Sharm, İnwool, Skandinaviya Evi, Tozlu Baku, World Telecom mağazalarına baş çəkərək, ikiqat Cashback qazana biləcəksiniz.

9. “Muganbank” müraciət edən xanım müştərilər üçün Union Pay/MasterCard/Visa Gold plastik kartlarından birini pulsuz, Union Pay/MasterCard/Visa Platinum plastik kartlarını isə 50% endirimlə eldə etmək imkanı təklif edib.

10. “NaxçıvanBank” başlatdığı kampaniya çərçivəsində istehlak krediti üzrə müraciət edən xanım müştərilərə kreditlə bağlı komissiya xərcinin 50% dəyərində endirim şansı təqdim edib.

11. “NBCBank”  martın 1-dən 9-a qədər xanımlara 10 min manat məbləğində, 12 aydan 24 aya qədər, illik 18%-20%, komissiya haqqı olmadan, zaminsiz olaraq kredit kampaniyası təklif edir. Əlavə olaraq bu fürsətdən yararlanan xanımlara MAXİ taksit kartı və MC Standard və ya Visa Classic debet kartı hədiyyə edilir.

12. “TuranBank” martın 6-dan 16-a qədər müddətdə kredit götürən xanımlara 36 aylığa, 8% güzəştlə və komissiyasız 10 min manat kredit kampaniyası təklif edir. Kampaniyadan istifadə edən xanımlara MasterCard Standart plastik kartı hədiyyə olunacaq.