Mayın 22-də, saat 11:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

İqtisadiyyat.az Bankın elanına istinadən xəbər verir ki, yığıncağ Bankın Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq. 

Yığıncağın gündəliyiinə "Bank Respublika"nın 2018-ci il üçün maliyyə hesabatının və kənar audit yoxlamasının nəticələrinin təsdiq edilməsi, Bankın ötənilki mənfəətinin bölüşdürülməsi məsələləri daxildir. 

Xəbər verdiyimiz kimi, “Bank Respublika” ASC 2018-ci ili 2 milyon 154 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 10 milyon 518 min manat zərər ilə bağlamışdı.