Foto əlavə olunub

*** 22:00

Bakıda, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksində sahibsiz itlər qadına hücum edib. Nəticədə qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

İqtisadiyyat.az xəbərin detallarını öyrənmək məqsədi ilə sözügedən əraziyə baş çəkib və hadisənin təfərrüatı ilə maraqlanıb.

Belə ki, 41 yaşlı İnci İsgəndərova avqust ayında yaşadığı binanın həndəvərində sahibsiz itlərin hücumuna məruz qalıb. Damarlarında varikoz genişlənmədən əziyyət çəkən İ.İsgəndərovanı it elə həmin nahiyədən dişləyibmiş. Bir neçə ay müalicə alan qadının taleyi faciəvi sonluqla yekunlaşıb.

O, dünən dünyasını dəyişib. Mərhumun yaxınları qadının vəziyyətinin məhz it dişləməsindən sonra ağırlaşdığını və bunun da nəticəsi olaraq həyatını itirdiyini iddia edir. Onlar həmçinin müalicənin effektiv aparılmamasından da şikayətçidirlər.

Qeyd edək ki, iki azyaşlı övladı olan 41 yaşlı İ.İsgəndərova özü də tibb işçisi idi.

Faktla bağlı araşdırmalarımız davam edir.

WhatsApp%20Image%202023-01-05%20at%2022_30_51.jpg

 

 

OOOO.jpg