Bu ilin yanvar-may aylarında ölkədə 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirilir ki, bu göstərici ötən ay qeydə alınan göstəricidən yüksək olsa da, 2019-cu il ərzində qeydə alınan digər göstəricilərdən aşağı olub. ÜDM-də qeydə alınan artım bu ilin yanvar ayında 2,9%, fevral ayında 3%, mart ayında 3%, aprel ayında isə 2,1% həddində olub.
Bu ilin ilk 5 ayı ərzində əhalinin hər nəfərinə düşən ÜDM 3 min 99 manata bərabər olub.