Azərbaycanda sosial siyasətin əsas istiqamətlərindən birini əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması təşkil edir. Dövlətimiz tərəfindən аztəminаtlı аilələrin sоsiаl müdаfiəsinin gücləndirilməsi ilə yаnаşı, оnlаrın аktiv əməyə cəlb еdilməsinə, məşğulluğunun təmin оlunmаsınа və bununlа dа fəаl həyаt mövqеyinin fоrmаlаşmаsınа хüsusi diqqət yеtirilir. Bu bахımdаn Prеzidеnt İlhаm Əliyеvin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 aprel tarixli Sərəncamı mühüm əhəmiyyət kəsb edir. Sərəncam dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, özünəməşğulluq fəaliyyəti ilə işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev özünüməşğulluq proqramının çox böyük sosial və iqtisadi faydası olduğunu vurğulayaraq deyib: “Özünüməşğulluq proqramı geniş vüsət alır. Bu il ən azı yeddi min ailə bu proqramdan faydalanacaq. Bu gün onların arasında əlbəttə ki, ünvanlı sosial yardım alanlar da var. Beləliklə, o kateqoriyadan olan insanlar dövlətin dəstəyi ilə artıq özləri pul qazanacaqlar, öz ailə büdcələrini quracaqlar”.

Respublikamızın hər yerində olduğu kimi Bərdə rayonunda da özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş vətəndaşlar öz ailə təsərrüfatlarını və bizneslərini qurmağa nail ola biliblər. Proqram çərçivəsində 2018-ci ildə Bərdə rayonunda 135 aztəminatlı ailəyə müxtəlif sahələr üzrə öz ailə bizneslərini yaratmaq üçün zəruri mal və materiallar verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına qoyunçuluq, maldarlıq, arıçılıq, inkubator və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar. AZƏRTAC-ın bölgə müxbiri Bərdə rayonunda özünüməşğulluq proqramından yararlanan sakinlərin layihə ilə bağlı fikirlərini öyrənib.

Bərdə şəhər sakini Gülnar Əsədova işaxtaran qismində rayon Məşğulluq Mərkəzinə müraciət edən sakinlərdən biridir. Təlimlərə cəlb edilərək, biznes fəaliyyətinin təşkili ilə əlaqədar zəruri bilik və bacarıqlara yiyələnib və gözəllik salonu açmaq üçün lazımi avadanlıqlarla təmin olunub.

"Əvvəllər də gözəllik salonunda işləyirdim. Öz salonumu yaratmaq, şəxsi işimi qurmaq istəsəm də buna maddi imkanım çatmırdı. Özünüməşğulluq proqramından faydalanmaq üçün müraciət etdim. Bir müddət təlimlərə cəlb olundum. Sonra isə gözəllik salonu üzrə fəaliyyət göstərmək üçün lazım olan bütün avadanlıqlarda - güzgü, kreslo, kombi istilik sistemi, kondisioner, fen, qayçı, daraq və sair ilə təmin olundum. Gördüyünüz kimi hər cür şəraiti olan salonum var. İşim də çox yaxşıdır. Əgər əvvəllər özüm işçi kimi çalışırdımsa, bu gün bir nəfəri işə götürmüşəm", - deyə Gülnar Əsədova bildirib.

Rayonun Şirvanlı kəndində məskunlaşan Şuşa rayonundan məcburi köçkün Tünzalə Əsədovaya isə öz məşğulluğunu təmin еtmək və аilə biznеsini qurmаq üçün iki baş iribuynuzlu heyvan verilib. T.Əsədova heyvanların sayını çoxaltmağı və təsərrüfatını genişləndirməyi düşünür: “Bir müddətdir bu heyvanlar mənə verilib. Artıq hər iki inəyin balası olub. Balaları da saxlayıb təsərrüfatımdakı heyvanların sayını çoxaltmağı hədəfləmişəm. Həm ailəmizin süd məhsullarına olan tələbatını ödəyir, həm də satış edərək gəlir götürürük. Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, 2018-ci ildə respublikada 7 min nəfərdən çox vətəndaş özünüməşğulluq proqramına cəlb edilib. Bu il isə daha çox vətəndaşın layihədən yararlanması nəzərdə tutulub. Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlilliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunanlara və digər həssas qruplara üstünlük verilir.(azərtac)