Bu ilin yanvar-may aylarında Azərbaycan 25,809 milyon ABŞ dolları dəyərində 14 683 ton ət idxal edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 14,588 milyon ABŞ dolları (36,1 %) və 7 891 ton (34,9 %) azdır.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,59 %-ni təşkil edib.