Xəbər verdiyimiz kimi, Azərbaycanda minimum aylıq əmək haqqının məbləği Prezident İlham Əliyevin sərəncamına əsasən sentyabr ayının 1-dən etibarən 250 manat və ya mövcud məzənnə ilə hesablandığı zaman 132 avro olacaq. 
İqtisadiyyat.Az yeniavaz.com-a istinadən xəbər verir ki, bu artımdan sonra Azərbaycan minimum əmək haqqına görə Avropa ölkələri arasında yalnız Ermənistan və Gürcüstandan öndə olacaq.
Avropa ölkələrində minimum aylıq əmək haqqının məbləği belə olub:

Ölkələr Minimum aylıq
əmək haqqı (avro)
Lüksemburq 2 071 €
İrlandiya 1 656 €
Hollandiya 1 635 €
Belçika 1 594 €
Almaniya 1 557 €
Fransa 1 522 €
Böyük Britaniya 1 455 €
İspaniya 1 050 €
Sloveniya 887 €
Yunanıstan 758 €
Malta 757 €
Portuqaliya 700 €
Litva 555 €
Estoniya 540 €
Polşa 523 €
Slovakiya 520 €
Çexiya 519 €
Xorvatiya 506 €
Macarıstan 464€
Rumıniya 446 €
Latviya 430 €
Türkiyə 394 €
Serbiya 308 €
Monteneqro 288 €
Bolqarıstan 286 €
Makedoniya 240 €
Albaniya 213 €
Rusiya 156 €
Belarus 144 €
Ukrayna 140 €
Azərbaycan 132 
Ermənistan 102 €
Gürcüstan 52 €