Həmin siyahıda Rusiya 1-ci, İsrail 11-cidir. Ən azı, 4 müsəlman ölkəsi ilk onluqdadır...

Təhsil almış zərif cins nümayəndələrinin sayının faiz etibari ilə ən yüksək həddə çatdığı 19 dünya ölkəsinin (TOP-19) adları açıqlanıb.

Moderator.az xəbər verir ki,  bu haqda Britaniyanın “The Inspectator Index” nəşri məlumat yayıb.

Beləliklə, bəhs edilən siyahıda birinci yerdə Rusiya gəlir. Araşdırmaya görə, burada savadsız qadın yoxdur. Yəni, bütün xanımlar, ən azı, oxuyub-yazmağı bacarır.  İkinci yeri İtaliya tutur - 99%. İlk üçlüyü İspaniya tamamlayır - 98%.

Birinci onluğun sonrakı yerlərində Türkiyə (94%),  İndoneziya (94%) və Meksika (94%) gəlir. İlk onluqda  Şimali Afrika (93%), Çin (93%), Braziliya (92%) və Səudiyyə Ərəbistanı (91%) da yer alıb.

Göründüyü kimi, Türkiyədə daxil olmaqla  ən azı 4 müsəlman ölkəsi(Şimali Afrikanın bir neçə ölkəsi birlikdə götürülüb) xanımların savadlılığına görə birinci onluqda qərar tutur.

11-cidən 19-cu yerə qədər İsrail (89%), İran (81%), Banqladeş (70%), Əlcəzair (68%), Misir (66%), Hindistan (59%), Pakistan (44%), Nigeriya(41%) və Efiopiyanın (29%) adları çəkilir.

Dünyanın ən inkişaf etmiş, demokratik, varlı ölkələrindən sayılan ABŞ-ın isə ümumiyyətlə, bu reytinqdə yer almadığı diqqət çəkir...