Təhsil naziri Ceyhun Bayramov ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırıq verib.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov öz feysbuk hesabında bildirib.

Məlumatda deyilir:

“Təhsil Nazirliyinin kollegiyasının qərarına əsasən, ali təhsil müəssisələrinin rəhbərlərinə tapşırılsın ki, ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratsınlar”.