Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
İqtisadiyyat.az xəbər verir ki, hadisə 10-cu mikrorayonda qeydə alınıb.
1983-cü il təvəllüdlü Rəşad Sabir oğlu Tağıyev yaşadığı evdə özünü asıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.