İqtisadiyyat.az Maliyyə Bazarlarına Nəzarət Paltasının statistikasına istinadən xəbər verir ki,  fiziki şəxslərin depozitləri 2018-ci ilin sonunda 8 milyard 269.7 milyon manat ikən, yanvarın sonunda 7 milyard 980.7 milyon manata düşüb.

Yanvarda müddətli depozitlər 21,1 milyon manat artaraq 5 milyard 500.1 milyon manata qalxıb, tələbli depozitlər isə 310,1 milyon manat azalaraq 2 milyard 480.6 milyon manata düşüb. Müddətli depozitlərin artması banklarda əhalinin əmanətlərinin artdığına işarədir.

Yanvarda hüquqi şəxslərin depozitləri isə 255,2 milyon manat artaraq 10 milyard 566.7 milyon manata yüksəlib.

(mln. manatla)

 

31.12.2018

31.01.2019

1.Depozitlər (maliyyə institutları istisna olmaqla)

18,581.2

18,547.4

1.1 Fiziki şəxslərin depoziti

8,269.7

7,980.7

1.1.1 müddətli

5,479.0

5,500.1

1.1.2 tələbli

2,790.7

2,480.6

1.2 Hüquqi şəxslərin depoziti

10,311.5

10,566.7

1.2.1 müddətli

1,449.7

1,756.9

1.2.2 tələbli, o cümlədən

8,861.8

8,809.8

  - sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri

105.7

95.2