"Şagirdlərin pis nəticə əldə etməsində valideynlərin rolu böyükdür".

İqtisadiyyat.az xəbər verir ki, bunu İnsan Resursları Zirvəsində çıxış edən Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, uşağın savadlı olması və imtahanlarda yüksək nəticə əldə etməsində valideynlərin rolu böyükdür:

"Artıq 29 ildir ki, ən yüksək bal toplayan şagirdlərin hansı mühitdə böyüdüyünü araşdırırıq. Birmənalı olaraq təsdiq olunur ki, həmin uşaqların heç olmasa bir valideyni müəllimdir, ali təhsillidir. Şagirdlərin pis nəticə əldə etməsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı bir faktdır".