Qoşqar Təhməzlinin zəhərlənməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

İqtisadiyyat.Az-ın məlumatına görə, qafqazinfo məlumatı dəqiqləşdirmək üçün qurumun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Agentlikdən bildirilib ki,  bu, absurd və heç bir reallığı əks etdirməyən məlumatdır:

"Biz Qida Təhlükəsizliyi Agentliyi olaraq bu cür təxəyyül məhsulu olan əsassız xəbərlərə bir qayda olaraq şərh vermirik. Diqqət yetirdikdə xəbərin içərisində bir-birini təkzib edən kifayət qədər məlumatın olduğu və xəbərin əsassız şayiə olduğu aydın görünür.

Təkcə onu qeyd edə bilərik ki, Agentliyin Çağrı Mərkəzi ən müasir innovasiyalara əsaslanan proqram təminatı ilə təhciz olunub. Hazırda bu sahədə hər hansı problem mövcud deyil və daxil olan müraciətlər, onların icra vəziyyəti ilə bağlı aylıq hesabatlar mütəmadi olaraq ictimaiyyətə açıqlanır".