Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq qaydada ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməlidir.

MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, agent daha sonra bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir. İstifadəçi “Güzəştli mənzil” sistemində elektron kabinetinə daxil olaraq “İlkin razılıq qərarı” bölməsində həmin razılıq qərarını imzalamalıdır. Əks halda mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaq.(azərtac)