Bu gün günorta saatlarında Qazax rayonunun Qaymaqlı kəndi və Kürdəmir rayonunun Ərşəli kəndinin daşıyıcı qaz xətlərində qaz sızması aşkar edilib.

“Azəriqaz” İstehsalat Birliyindən verilən xəbərə görə, bu səbəbdən həmin kəndlərə qazın verilişi dayandırılıb.