Hacıqabulda traktorun aşması nəticəsində 37 yaşlı kişi ölüb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, ölən şəxs traktorun sürücüsü, Hacıqabul rayonunun Qarasu kənd sakini, 1986-cı il təvəllüdlü Hüseynov Gəray Tahir oğludur.

Hadisə nəticəsində traktorda olan sərnişin, Qarasu kənd sakini, 2005-ci il təvəllüdlü Hüseynov Röyal İftixar oğlununun xəsarət aldığı, Şirvan xəstəxanasına yerləşdirildiyi bildirilir.

***  15.42

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonunun Birinci Udullu kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “БЕЛАРУС” markalı traktor idarəetməni itirərək yol kənarındakı dərəyə aşıb, 1 nəfər traktorda sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.