Dəniz nəqliyyatı ilə bu ilin yanvar-may aylarında daşınan yüklərin həcmi 3575,8 min ton təşkil edib. Bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25,3% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Yüklərin 56,7%-ni neft yükləri təşkil edib. Dəniz limanları tərəfindən 5061,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4159,4 min tonunu və ya 82,2 faizini tranzit yüklər təşkil edib.

2023-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 170,4 min ton olubdur. Dövr ərzində bu nəqliyyat növü ilə daşınan sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 26,5% artaraq 8,6 min nəfər olubdur.