Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3.28 indeksi ilə) olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin may ayı üzrə açıqladığı şikayət indeksində bildirilib.

Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Bakı Sığorta" 2.38 indeksi ilə növbəti dəfə ikinci, “AtaSığorta” 1.11 indeksi ilə siyahıda üçüncü olub. 

Maraqlıdır ki, “PAŞA Sığorta” üzrə şikayətlər ötən ilin ikinci yarısından etibarən artmağa başlayıb. Sığorta şirkəti yaşıl zolaqda olduğu üçün bu artım o qədər də hiss edilmirdi. İndi isə “PAŞA Sığorta” artıq ikinci dəfədir ki, sığorta şikayətlərinin həcminə görə sarı zolağa yüksəlib. 

Digər sığorta şirkətləri üzrə göstəricilər aşağıdakı kimidir: