İqtisadiyyat.az-ın məlumatına görə, Vüsal Qasımlı bildirib ki, Azərbaycanda bir neçə bankdan götürdüyü kreditin ümumi məbləği 10 min dolları keçənlər fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə bağlı prezident fərmanından yararlana bilməyəcək.

"Əgər bir neçə kreditin ümumi məbləği 10 min dollardan çoxdursa, həmin şəxs fərmanın əhatə dairəsinə düşmür. Çünki fərman yalnız 10 min dollara və yaxud 17 min manata qədər kreditləri olan şəxsləri əhatə edir”, - deyə V.Qasımlı əlavə edib.