Hacıqabul, Şirvan şəhərləri və Bakının Qaradağ rayonunda içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Səbəbin ölkə ərazisində yağıntılı hava şəraiti səbəbindən Kür çayında bulanıqlığın həddən çox artması, buna görə də Kür Sutəmizləyici Qurğularının fəaliyyətində yaranan müvəqqəti fasilə olduğu bildirilib.