Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.

İqtisadiyyat.az APA-ya istinadən xəbər verir ki, görüş "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.

***

10:48

Bu gün Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, görüş Berlində baş tutacaq.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.