Hər il milyonlarla insan dünyanın dörd bir tərəfini gəzərək yeni məkanlar, yeni mədəniyyətlərlə tanış olurlar. “
İqtisadiyyat.az ” 2018-ci ildə ən çox səfər edilən ölkələrin siyahısını təqdim edir.
1.Fransa- 82.6 milyon turist
Parisdə ən çox Eyfel qülləsi, Sen-Trope, Chamonix və Versal sarayına səfər edilib.
2.İspaniya- 75.6 milyon turist
Turistlər İspaniyada daha çox Elhamra, Kordova, Barselonadakı Saqrada Familia və İbiza adasına baş çəkiblər.
3.Amerika Birləşmiş Ştatları- 75.6 milyon turist
ABŞ-da turistlər ən çox Böyük Kanyon, Manhetten, Yelloustoun Milli Parkı və San-Fransisko şəhərindəki Qolden Qeyt körpüsünə maraq göstəriblər.
4.Çin- 59.3 milyon turist
Turistlər daha çox Terrakota ordusu, Pekindəki Qadağan olunmuş şəhər, Quilindəki Li çayına maraq göstəriblər.
5.İtaliya- 52.4 milyon turist
İtaliyaya səfər edən turistlər daha çox Romadakı Kolizey, Venesiyadakı Böyük Kanal, Florans kilsəsi və Pompeyi üstün tutublar.
6.Birləşmiş Krallıq- 35.8 milyon turist
London, Şotlandiya, Stounhenc, Edinburq ən çox səfər edilən yerlərdir.
7.Almaniya- 35.6 milyon turist
Berlindəki Brandenburq qapısı, Köln kilsəsi, Neuşvanştayn qəsri Almaniyada ən çox turistləri cəlb edən məkanlardır.
8.Meksika- 35.6 milyon turist
Teotihuaçan məbədi, Yukatan yarımadasındakı Çiçen İtza turistlərin ən çox səfər etdikləri məkanlardır.
9.Tayland- 32.6 milyon turist
Taylanda səfər edən turistlər daha çox Phi Phi adaalrı, Phanq Nqa kəndi və Banqkokdakı Böyük Sarayı görməyə maraq göstərirlər.
10.Türkiyə- 30 milyon turist.
Türkiyədə turistlər ən çox İstanbul, Kapadokiya, Efes, Bodrum və Side səmtlərini üstün tuturlar.