Azərbaycanla bu ölkələr arasında viza rejimi qismən ləğv olunur
Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur.
Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı və İndoneziya arasında viza rejimi qismən ləğv olunur.
"Özünüməşğulluq proqramının həyata keçirilməsinin mexanizmində çox böyük nöqsanlar var".
“Dövlətimizin və xalqımızın həyatında artıq başa çatmaqda olan 2024-cü il olduqca əlamətdar hadisələrlə yadda qalacaqdır. Əvvəla, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin öz rəşadətli Ordusu ilə Ermənistanın işğalından azad edərək suverenliyini bərpa etdiyi bütün ərazilərdə 2024-cü ilin 7 fevralında prezident və 1 sentyabrında VII Çağırış Milli Məclisinə keçirilmiş demokratik, azad və şəffaf seçkilər ölkənin siyasi, iqtisadi, sosial-mədəni həyatında əhəmiyyətli hadisə oldu. Həmçinin Azərbaycanın ev sahibliyi ilə Bakı şəhərində keçirilən COP29 tədbiri ən yüksək səviyyədə təşkil edilməklə yanaşı, həm də iqlim dəyişikliyi ilə bağlı həlli müşkül olan maliyyə məsələsini həll etməklə bu sahədə yeni böyük tarixi uğura nail oldu”.
"2025-ci ilin dövlət büdcəsi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiya”sının uğurlu icrasının real əsasıdır".
"Bölgələrdə yeni iş yerlərinin yaradılması istiqamətində tədbirlərin gücləndirilməsi və bura ayrılan vəsaitin daha da artırılması vacibdir. Bölgələrdə ən aktual məsələlərdən biri budur".
"Peşəkar ordu quruculuğu sahəsində çalışan müddətdən artıq qulluq keçən və xüsusi təyinatlı hərbçilərimizin maaşları bir neçə dəfə artırılmalıdır".
Azərbaycan Respublikasının Prezident İlham Əliyev noyabrın 25-də Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa zəng edib.
Rusiyanın paytaxtı Moskvada səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin birinci müavini general-leytenant Rəfail Mirzəyev ilə bu ölkənin mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov arasında görüş keçirilib.
Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmasının 30 illiyinə həsr olunmuş elmi-praktik konfrans çərçivəsində Alyansın Baş Katibinin əməliyyatlar üzrə köməkçisinin müavini xanım Burcu Sanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib.
"Təqdim olunmuş dövlət büdcəsinin layihəsi həcm etibarilə son illərin ən böyük büdcəsidir. 2025-ci il ÜDM-nin 29.7% ni təşkil edən 38.3 mlrd manatlıq gəlir, ÜDM-in 32%-ni təşkil edən 41.3 mlrd manatlıq xərc ilə dövlət büdcəsi layihəsi kifayət qədər mühüm bir sənəddir".
"Sevindirici haldır ki, hər il büdcəmiz artır. Bəzi hallarda bizi Cənubi Qafqazın başqa dövlətləri ilə müqayisə edirlər. Hesab edirəm ki, Azərbaycan inkişaf göstəricilərinə görə Cənubi Qafqazın hər hansı ölkəsi ilə müqayisə olunan səviyyədə deyil. Azərbaycan Avropanın inkişaf etmiş ölkələri ilə müqayisə oluna bilər".