Mauro İkardi Avropanın bombardiri siyahısına düşüb .

İqtisadiyyat.az xəbər verir ki, İkardi performansı ilə "Qalatasaray"ın çempionluğunda önəmli rol oynayıb. Bu mövsüm bütün yarışlar daxil 32 qol vuran və 11 məhsuldar ötürmə ilə çıxış edən argentinalı ulduz ən çox qol vuran futbolçulardan biri olub.

Avropada dünyaca məşhur futbolçular da yer alıb.

“Real Madrid”ə transfer olunan fransalı ulduz Kilyan Mbappe bu mövsüm  44 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu mövsüm "Bavariya"nın heyətində 44 qol vuran və 12 məhsuldar ötürmə edən Harri Keyn statistikası ilə seçilib.

Lissabonun “Sportinq”ində çıxış edən isveçli hücumçu Viktor Qyokeres cari mövsümdə 43 dəfə qapını silkələyib, 14 dəfə qol ötürməsi edib.

“Mançester Siti”nin çempionluğunda mühüm rol oynayan Erlinq Haaland 38 qol və 6 məhsuldar ötürmə ilə çıxış edib.

“Liverpul”da çıxış edən Məhəmməd Salah 25 qol vurub, 14 dəfə ötürmə edib.