Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupunda daha bir oyun baş tutub.

İqtisadiyyat.az xəbər verir ki, günün ikinci matçında Belçika Slovakiya ilə üz-üzə gəlib.

Qarşılaşmanın taleyini bir qol həll edib. İvan Şrants 7-ci dəqiqədə Slovakiya yığmasına qələbə qazandıran qolun müəllifi olub.

Xatırladaq ki, E qrupunun ilk matçında Rumıniya Ukraynanı üç cavabsız qolla üstələmişdi.

AÇ-2024

E qrupu

17 iyun

Belçika – Slovakiya 0:1

Qol: Şrants, 7.

Baş hakim: Halil Umut Meler (Türkiyə).

Frankfurt. “Valdstadion”.