“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı - FOTO
Sərfəlilik strategiyası ilə yanaşı, inklüzivlik və bərabər imkanların təşviqi istiqamətində fəaliyyətini davam etdirən “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün modelyer-dizayner peşəsi üzrə ikinci peşəkar təlim mərhələsinə start verib.