Tramp: “İbrahim razılaşmaları”na yeni ölkələr qoşulacaq
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, “İbrahim razılaşmaları”na daha çox ölkə qoşulmağa hazırlaşır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib ki, “İbrahim razılaşmaları”na daha çox ölkə qoşulmağa hazırlaşır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasından sonra bildirib ki, ölkədə davam edən zorakılıq dalğasına görə Cümhuriyyət Xalq Partiyası (CHP) və onun lideri Özgür Özəl məsuliyyət daşıyır.
ABŞ Prezidenti Donald Tramp Venesueladan neft və qaz idxal edən ölkələrin mallarına 25%-lik rüsum tətbiq edəcəyini elan edib.
Martın 25-də Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtona rəsmi səfər edəcək. O, ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.
Dünya əmtəə bazarlarında qızılın qiymətində bahalaşma müşahidə olunur. Son məlumatlara görə, qiymətli metalın dəyəri 5 dollara yaxın artıb.
Ukrayna Estoniyadan 100 milyon avro dəyərində hərbi məhsullar almaq üçün rəsmi müraciət edib.
İranın xarici işlər naziri Abbas Araqçi martın 24-də Ermənistana rəsmi səfər edəcək.
Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.
Cənubi Koreyanın aparıcı aviaşirkətlərindən biri olan "Korean Air" donanmasını yeniləmək məqsədilə "Boeing" və "GE Aerospace" şirkətləri ilə 32,7 milyard ABŞ dolları dəyərində müqavilə imzalamağı planlaşdırır.
2023-ci ilin oktyabrından bəri Qəzza zolağında hərbi əməliyyatlar nəticəsində ölən fələstinlilərin sayı 50 min nəfəri keçib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu, Şişli Bələdiyyə sədri Resul Emrah Şahan və Beylikdüzü Bələdiyyə sədri Mehmet Murat Çalık müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıblar.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüş keçirib.