Yevlaxda törədilən qətlin bəzi təfərrüatları məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Yevlax şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb.

Toyun iştirakçıları olan Yevlax rayon sakini, 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlu ilə 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Bu zaman E.Abışova kəsici-deşici alətlə ağır xəsarət yetirilib. O, aldığı xəsarətdən xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayev isə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.//Report//

***

19:57

Yevlaxda 24 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanıb.

Bu barədə İqtisadiyyat.az-a Yevlax rayon prokurorluğundan bildirilib.

İyunun 10-da, saat 18 radələrində Yexlax rayonu ərazisində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlunun aralarında yaranmış mübahisə zamanı Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

19:19

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.  

DİN Mətbuat Xidmətinin regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.