Yeni Zelandiyanın Baş naziri Chris Hipkins, 100% bərpa olunan enerji hədəfinə çatan ilk ölkə ola biləcəklərinə inandığını ifadə edərək, bu mövzuda dünyanın ən böyük aktiv idarəetmə şirkəti BlackRock ilə çalışdıqlarını söyləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hipkins jurnalistlərə ölkənin tamamilə bərpa olunan enerjiyə keçid planı haqqında məlumat verib.

Hipkins Yeni Zelandiyanın dünyada 100% bərpa olunan enerji hədəfinə çatan ilk ölkə ola biləcəyinə inandıqlarını və bu məqsədə bir addım daha yaxınlaşdıqlarını qeyd edib.

Hipkins BlackRock tərəfindən təmin edilən 2 milyard dollarlıq fondun bir ölkədə indiyə qədər edilən ən böyük dekarbonizasiya sərmayəsi olacağını açıqlayıb.

O, təqib etdikləri siyasətlərin karbon emissiyalarının azaldılmasında təsirli olduğunu və bu sahədə son 9 ildə ən aşağı rəqəmə çatdıqlarını qeyd edib.

Hipkins vurğulayıb ki, bu gün Yeni Zelandiyanın 100 faiz bərpa olunan enerjiyə keçidində və 2050-ci ilə qədər xalis sıfır emissiya hədəfində dönüş nöqtəsidir.