Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı, məsuliyyətli və strateji əhəmiyyətə malik dövlət kimi mövqeyi daha da möhkəmlənir - Deputat

“Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirilən görüşdən sonra verdiyi bəyanat Azərbaycanın xarici siyasətinin prioritetlərini, milli maraqlarının müdafiəsini və çoxşaxəli beynəlxalq əməkdaşlıq strategiyasını özündə əks etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər. Bəyanatda yer alan yanaşmalar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə münasibətləri yalnız iqtisadi əməkdaşlıq müstəvisində deyil, həm də enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri, regional sabitlik və geosiyasi tərəfdaşlıq baxımından strateji səviyyəyə yüksəltmək niyyətindədir”.
Müəllif
Gözəl AzadəliyevaXəbərlər yüklənir...









