Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

İqtisadiyyat.az-ın FHN-ə istinadən verdiyi xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

17:18

Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın başlayıb.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.