Qazaxıstan Respublikasında "Qanunvericiliyin təkmilləşdirilməsi məsələləri: Vəkillik və hüquqi yardım" mövzusunda beynəlxalq dəyirmi masa keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, dəyirmi masada Qazaxıstan Parlamentinin deputatları, yerli məhkəmə hakimləri və vəkilləri, o cümlədən bir sıra ölkələrin Vəkillər kollegiyalarının sədrləri iştirak edib.

Hibrit formatında təşkil edilən tədbirə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov və onun rəhbərlik etdiyi nümayəndə heyəti qoşulub.

Tədbirdə iştirakçıları salamlayan sədr Anar Bağırov "Azərbaycanda vəkillik institutunun islahatı təcrübəsinin unikallığı nədir?" mövzusunda çıxış edib. O, son illərdə ölkəmizdə vəkillik institutunun nüfuzunun artırılması istiqamətində aparılan uğurlu islahatlar, bunun nəticəsində ARVK-nın maliyyə müstəqilliyinin tam təmin edilməsi, nümayəndəlik institutunun məhdudlaşdırılması, vəkillik institutunun gücləndirilməsi barədə danışıb.

Eyni zamanda sədr vətəndaşlara keyfiyyətli hüquqi yardımın göstərilməsi, Kollegiyanın Hüquqi Yardım Mərkəzinin təcrübəsi, habelə ARVK tərəfindən görülən çoxşaxəli işlər barədə iştirakçıların diqqətinə çatdırıb, o cümlədən vəkillik təsisatının institusional müstəqilliyinin demokratik hüquqi dövlət quruculuğunda çox önəmli olduğunu vurğulayıb.

Daha sonra bir sıra məsələlər müzakirə edilərək fikir mübadiləsi aparılıb.  

 

1_783970279dedf948fa95bfed0446d650.jpg

 

2_1e56845be43652a80c6a4ed5d7665910.jpg

 

3_4f931b035c1aa2e9eddaf8c314ef3602.jpg

 

5_21bc5381d99baacd1e01e51cdcb37054.jpg

 

4_d4fd563035f8f9539ddf211da05e964a.jpg