Aralıq dənizində, Siciliya sahilləri yaxınlığında, bu gün səhər saatlarında NATO ölkələrinin "Dynamic Manta 2024" adlı dəniz təlimləri başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NATO Hərbi Dəniz Qüvvələri Komandanlığı məlumat yayıb.

Məlumata görə, NATO-nun illik təlimlərində Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ-ın əsgər və gəmiləri iştirak edir.

Təlimlərdə 7 sualtı qayıq, həmçinin NATO-ya üzv ölkələrin hərbi hava qüvvələri iştirak edəcək. Əsas diqqət gəmi əleyhinə döyüş qabiliyyətinin təkmilləşdirilməsinə və dəniz tapşırıqlarının icrasının səmərəliliyinin artırılmasına yönəldiləcək.

"Dynamic Manta" NATO-nun böhranlara reaksiya imkanlarını sınaqdan keçirmək və gücləndirmək üçün platformadır.

 

Gözəl Həşimova