ABŞ kəşfiyyat nümayəndələrinin İrana dair əlindəki məlumatlara əsasən, İslam Respublikası İsrailə ballistik raketlərlə zərbə endirməyə hazırlaşır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, raket hücumu Livanda "Hizbullah" təşkiatı əleyhinə İsrail ordusunun keçirdiyi əməliyyata cavab xarakteri daşıyacaq.
“Ağ Evdən yüksək vəzifəli rəsminin sözlərinə görə, İran yaxın vaxtlarda İsrailə ballistik raketlərlə zərbə endirməyə hazırlaşır. ABŞ İsraili mümkün hücumdan qorumaq üçün fəal hazırlıqlar görür. Bu hücumun İran üçün ciddi nəticələri ola bilər",- deyə xəbərdə bildirilir.